Mütəvəllinin təqlid etdiyi mərcəyi-təqlidin nəzərinin irəli olması
Əgər vəqf edən və ya mülkiyyətə keçirən şəxs bir müctəhidə, məscidin işlərini icra edənlərin (rəhbər heyət) hər biri isə digər müctəhidə təqlid edirlərsə, belə ki, bu iki müctəhid arasında yuxarıdakı məsələlərdə fikir (nəzər) ayrılığı mövcuddursa, onlardan hansının nəzərinə əməl olunmalıdır?
Məscidin mütəvəllisinin və məscid işlərini icra edənlərin təqlid etdikləri müctəhidin nəzəri şərtdir.
Vəqf olunmuş su və torpaq sahəsindən istifadə
Bir şəxsin əlində olan vəqf olunmuş su və torpaq sahəsindən xas və müəyyən bir şəkildə istifadə olmalıdırmı?
Əgər vəqf edilmiş su və torpaq sahəsini icarə etmişsə və xas bir şərt də qoymamışdırsa, özü istədiyi kimi ondan istifadə edə bilər.
Nazik ehram libası geymək
Qadınların ehram paltarı bədənləri görsənəcək qədər nazik olsa, onların həcc əməllərinə zərər yetirə bilərmi?
Bu iş haramdır. Lakin təvafdan və təvaf namazından digər yerlərdə olsa, həcc batil olmur.
Qadınların adi libasla ehram bağlaması
“Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Heyvanların başını kəsməzdən öncə onları elektriklə şoka salmaq
Heyvanların başlarını kəsməzdən öncə onları elektrik şokuna salsalar, belə ki, bu heyvanlar başı kəsilməzdən öncə və sonra heç bir hərəkət etməzsə və ya azacıq hərəkət edərsə, bu variantların hamısında onlardan qan çıxdığını və ya çıxmadığını fərz edəriksə bunlar halaldır, yoxsa haram və murdar? Onların alğı-satqısı və əvəzində alınan pulun hökmü nədir?
Heyvana elektrik şoku veriləndən sonra sağ olarsa və şəriət baxımından düz kəsilərsə halaldır və onun yeyilməsi, alğı-satqısı caizdir, lakin onun daxilində olan qanlardan çəkinin.
Təvaf edənlərin dairəsindən kənarda təvaf
Həcc mövsümündə Məscidul-həramın işçiləri qoca və xəstə adamları sərirlə (taxt, xərək) başları üzərində təvaf etdirirlər. Adətən, onlar təvaf edənlərin dairəsindən kənarda hərəkət edirlər. Bunların həcci səhihdirmi?
Onların təvafının eybi yoxdur. Buna görə ki, təvafda məşhur hüdudlara riayət etmək (məsafəni saxlamaq) vacib deyil, ehtiyat müstəhəbdir və sıralara da qoşulmaq (izdihama birləşmək) şərt deyil.
Xəstələr üçün ehram libasının nəcis olması
Mənim onurğa beynim kəsildiyinə və sidiyi saxlaya bilmədiyimə görə və ... bədən və ehram paltarımı pak saxlaya bilmirəm. Vəzifəm nədir?
Nə qədər ki, bacarırsınız qoruyun və məşəqqətə səbəb olan qədərin eybi yoxdur.
Vəfat etmiş müctəhidə hansı məsələlərdə təqlid etmək mümkündür
Hansı məsələlərdə dünyadan getmiş müctəhidin fitvasına əməl etmək olar?
Yalnız əməl etdiyi məsələlərdə ona təqliddə qala bilər.
Vəfat iddəsində nikah
Bir qadının vəfat iddəsində əqdini oxusalar və iddə sona çatandan təxminən 15 gün sonra toy etsələr və yaxınlıq baş versə, yəni, əqd iddə zamanı, duxul isə iddədən sonra baş versə, bəylə gəlin də bu məsələni və iddə zamanı evlənməyin haram olduğunu bilməsələr, buyurun ki, onlar bir-birlərinə əbədi olaraq haram olurlar, yoxsa yalnız əqd batil olur? Bu qadın birinci ərinin vəfat iddəsini tamamlamalıdır, yoxsa yox? Əqdin batil olduğunu fərz etsək, yenidən əqd oxumaq istəsələr, ikinci ər üçün iddə saxlamalıdırmı?
Nikah əqdi batildir. Lakin onlar bir-birinə əbədi olaraq haram olmurlar. İkinci ər barəsində “şübhəli yaxınlıq”la bağlı iddə sona çatmalıdır, yalnız bundan sonra digər şəxslə evlənməyə haqqı vardır. Amma ikinci ərlə evlənməsi üçün şübhəli yaxınlıqla bağlı iddəyə ehtiyac yoxdur.
Heykəltəraşlığın hökmü
İnsan və ya heyvan bədəninin yarımçıq və ya tamam heykəlini düzəltməyin hökmü nədir? Onların rəsmini çəkmək necə?
Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.
Digər vəqf olunan əmlakları tapmaq üçün vəqflərdən istifadə
Ölkə səviyyəsində saysız-hesabsız vəqf olunmuş əmlaklar vardır ki, ya tanınmaz qalmaqdadır, ya da dağılıb aradan getmişdir. Sözü gedən bu vəqf əmlaklarının hər iki qismi tapılıb abad edilərsə, İslam ölkəsi üçün çox böyük gəlirlər yarada bilər. Bu halda mövcud olan vəqf əmlaklarının gəlirlərindən istifadə üsulunda cüzi dəyişikliklər etməklə sözü gedən (tanınmamış qalan) vəqf əmlaklarını tapmaq istiqamətində, tədbir görmək olarmı?
Ümumi xərclər üçün olan vəqflərdən istifadə etmək olar.
Razılığa gəlinən meyriyyədən qeyrisinin əsasında kəbin oxumaq
Bir qıza bildirilmişdir ki, sizin mehriyyəniz 15000 Hindistan rupisidir və qız da bu mehriyyəyə razı olmuşdur. Lakin kəbin kağızında 10000 yazılmışdır. Vəkil kəbin kağızını oxuyandan sonra, qeyd olunmuş mehriyyə əsasında kəbin siğənini icra etdi. Bu mehriyyə (daimi nikah) səhihdirmi?
Ehtiyat budur ki, kəbin siğəsini razılaşdırılmış mehriyyə əsasında təkrarən icra etsinlər.
Vəfatdan sonra üçün vəqf etmək
Bir şəxs əmlakının bir hissəsini İmam Hüseynə (əleyhis-səlam) vəqf etmək istəyir və şərt edir ki, nə qədər ki, bu həyatdadır, o əmlakın gəliri özünə çatsın və vəfatından sonra İmam Hüseynin (əleyhis-səlam) olsun. Belə bir vəqf şəri baxımdan səhihdirmi?
Səhihdir, inşallah.

