Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Böyük şəhərlərin hökmləri

“Böyük şəhərlər” deyəndə məqsəd nədir? İranda neçə böyük şəhər var? Böyük şəhərlərdə məsafəni şəhərin axırından hesablamaq lazımdır, yoxsa məhəllənin axırından?

Böyük və kiçik şəhərlər arasına fərq yoxdur. Böyük və kiçik şəhərlər müsafir hökmlərində eynidir, yalnız bu hal istisna olunur ki, bir şəhər o qədər böyüsün ki, onun hər məhəlləsi müstəqil bir şəhər sayılsın. Məsələn, Şemiran və Rey kimi şəhərlər Tehrana bitişik olsalar da müstəqil şəhər sayılırlar. Lakin Tehranın müxtəlif məhəllələri onun bir hissəsi sayılır. Hər məhəlləsi müstəqil şəhər olan hallarda onların arasındakı məsafə müsafir namazının məsafəsidirsə, namaz şikəstə olur. Əks-halda namaz tamamdır. Məsafədə meyar, şəhərin axırıncı evləridir.

Qruplar: Vətən

İmamzadənin torpağında mağaza tikib icarəyə vermək

Cəhromun məscidinin və İsmayıl imamzadəsinin gündəlik işlərinə baxan iki nəfər mömin şəxs öz pulları ilə İmamzadənin istifadə olunmayan qəbiristanlığının bir guşəsində iki mağaza tikmiş və bu mağazaları 20 il müddətində icarə olaraq məntəqənin kooperativ yardım şirkətinin rəhbərlik heyətinin ixtiyarına qoymuş, icarə pulunu isə məscidin və imamzadənin xərcləri üçün nəzərdə tutmuşlar. Hal-hazırda məscidin və imamzadənin şəri nəzarətçisi olmadığını və heç bir vəqfnamənin də mövcud olmadığını nəzərə alsaq, aşağıdakı suallara cavab verin:1) Mağazanın tikilməsi, xüsusilə onun icarəyə verilməsində cameuş-şərait müctəhidin icazəsinə ehtiyac var idimi?2) Baş tutmuş icarə şəri baxımdan etibarlıdırmı?3) İcarə batildirsə, kooperativ şirkətinin məsulları tərəfindən mağazanın boşaldılması və onun anbar, dəftərxana və s. kimi lazımi işlərdə istifadə etmək üçün məscidin münsiflər heyətinə təhvil verilməsi vacibdirmi?4) Onların boşaldılması üçün kooperativ şirkətin məsullarının, ödənilən qiymət və ya ondan artığını,

1) Əlbəttə, icazəyə ehtiyac var və əgər sözü gedən torpaq sahəsi istifadəsiz idisə, hələlik bu tikintiyə icazə veririk və oranı icarə vermək o halda caizdir ki, imamzadənin və məscidin işləri üçün sözü gedən binaya ehtiyac duyulmasın, icarə pulu da məscid və imamzadə üçün xərclənsin. 2) İcarə ədalətli olsa, məscidin və imamzadənin sözü gedən binaya ehtiyacı olmasa, səhihdir. 3) Yuxarıdakı cavabdan məlum oldu.4) Onlar artıq olmamaq şərti ilə yalnız orada xərclədiklərini ala bilərlər.

Ric’i talaqda qadının ərin evində qalması

Ric’i talaqda talağı verilmiş qadının əri ilə yaşadığı evdən bayıra çıxmağa haqqı yoxdur və ərin də iddə zamanı tamam olmamış onu evdən çıxarmağa haqqı yoxdur. Bu qadağaya əməl etmək kimin vəzifəsidir? Ər-arvadın, yoxsa talağı qeyd edən nikah idarəsinin, yoxsa talaq siğəsini icra edənin, yoxsa talaq icazəsini çıxaran məhkəmənin? Əgər talaq siğəsi icra olunan zaman ər-arvad bir-birindən ayrı yaşasalar və ya talaq qərib bir şəhərdə oxunsa, ər-arvad isə eyni məntəqənin sakinləri olmasalar, şəri vəzifə nədir?

Quran ayələrinə və sair dəlillərə görə bu qadağaya əməl etmək ərlə arvadın vəzifəsidir. Lakin məhkəmə və ya nikah idarəsi məlumatsız insanlara yol göstərmək üçün, habelə əmr be məruf üçün onları bu hökmlə tanış edir. Onların yaşadığı məkanların ayrı olması, iki tərəfin razılığı ilə baş versə və onların ayrılığı bir-birindən küsmək mənasında olmasa, eybi yoxdur.

Qruplar: Ric’i talaq

Bir-birinə bitişik əkizlərin evlənməsi

Bir-birinə bitişmış halda dünyaya gələn iki əkizin evlənmə hökmünü bəyan edin.

Əgər ehtiyata əməl edərək evlənməyə bilsələr və şiddətli məşəqqətə düçar olmasalar, ehtiyat budur ki, evlənmək fikrindən daşınsınlar. Lakin evlənməyə məcburdurlarsa, bu iki qız növbə ilə eyni kişiyə ərə gedə bilərlər. Bu şəkildə ki, kişi onlardan birini öz nikahına keçirsin, talaqdan və iddə bitəndən sonra digərini öz nikahına keçirsin. (Xatırlatmaq lazımdır ki, çoxsaylı talaqlardan irəli gələn problemlərlə üzləşməmək üçün müvəqqəti nikahdan istifadə edə bilərlər.) İki əkiz oğlan barəsində də ehtiyat budur ki, əgər mümkündürsə, evlənməsinlər. Zərurət irəli gələn zaman isə, eyni vaxtda (ikisi üçün) eyni həyat yoldaşını seçmək caiz deyil. Lakin yuxarıda deyilən formada bir qadınla evlənə bilərlər. Hər halda, belə fərdlərin sayı olduqca az olduğuna görə bu şəriət hökmlərinin izahı insanlara təəccüblü gəlsə də, bəhs və mübahisəyə ehtiyac yoxdur.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت