İcarə olunan yerin daha artıq qiymətə icarəyə verilməsi
Mən bir şəxsin evini müəyyən məbləğlə icarə etmişəm. Sonra onu daha artıq məbləğə icarəyə vermişəm və ev sahibinin də razılığını almışam. Bu müamilə səhihdirmi?
O evi, icarə etdiyiniz məbləğdən artıq məbləğə icarə verməyinizin işkalı var. Yalnız bir halda olar ki, ona xalça, şkaf, şifoner və s. kimi avadanlıq artırasınız.
Qızın ailəsinin ona verdikləri hədiyyələr
Adətən qız ailəsi nişan və toydan sonra öz qızları üçün hədiyyələr aparırlar. Bu bəy və gəlin ayrılandan və ya gəlin öləndən sonra hədiyyələr kimə çatır?
Əgər xüsusi bir dəlil olmasa, zahirən bunlar qızın malıdır, atası öz qızına hörmət əlaməti olaraq və ərinin yanında abrını qorumaq üçün bunları ona bağışlamışdır.
Qədimi mehriyyələrin hesablanması
Misal üçün 50 il bundan öncə mehriyələr 100 tümən idi, hal-hazırda həmin miqdar ərin öhdəsinə düşür, yoxsa 100 tümənin 50 il bundan öncə alıcılıq qabiliyyətini mehriyə ünvanında hesablamaq lazımdır?
Ya müsalihə etməli, ya da bu günün qiyməti ilə hesablamalıdır.
Spid xəstəliyinə tutulmuş şəxslərlə evlənmək
Spid xəstəliyinə tutulmuş müsəlman bir şəxs müsəlman bir qızı öz nikahına keçirə bilərmi?
Təhlükə yaradacaq bir halda caiz deyil.
İşə girmək üçün eyni cinsdən olmayan şəxs tərəfindən müayinə olunmaq
Sağlamlığa nəzarət, işə götürülmə, hərbi xidmət və s. üçün keçirilən tibbi praktika zamanı sağlam insanları müayinə etmək, onların bədənlərinə toxunmaq, eyni cinsiyyətdən olmadıqları şəraitdə caizdirmi?
Cəmiyyət üçün zərurəti olan şəraitdə caizdir.
Dayının məhrəmliyinin dəlil-sübutu
Məşhur fətvadan başqa, dayının məhrəm olması dair hansı dəlil var?
Bu məsələ “Nisa” surəsinin 23-cü ayəsində aydın şəkildə qeyd olunmuşdur. Bu ayədə buyurur: وَبَنَاتُ الأَخِ وَبَنَاتُ الأُخْت “... qardaşınızın qızları və bacınızın qızları”Şübhəsiz ki, bacı qızı birinə məhrəm olarsa, dayı da ona məhrəm olacaqdır. Çünki bir tərəfdən bacı qızıdır, bir tərəfdən dayı.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Hakimin hökmünün nüfuzu
Ali həzrətləri, siz hakimin hökmünü nüfuzlu bilirsiniz? Buna əsasən əgər bir mərcəyi-təqlid hökm versə, ona əməl etmək hamıya hətta digər mərcəyi-təqlidlərə də vacibdirmi?
Buna əməl etmək hamıya vacibdir. Yalnız xilafına (hökmün əksinə) yəqin olunan hallar istisnadır.
Cunub şəxsin məsciddə dayanması
Cünub (cənabətli) olan şəxs qüsl etdiyi təqdirdə dərsə çatmayacağını bilirsə, onun təyəmmümlə məsciddə dayanması caizdirmi?
Gərək əvvəlcə qüsl edib sonra dərs sinfində iştirak etsin.
Cəddə şəhərindən ehram
Cəddə şəhərindən təməttö ehramı caizdirmi?
Cəddə şəhərinin miqatların heç biri ilə bərabərliyi (paralelliyi) qəti olmadığına görə, ehram üçün ya miqata ya da miqatla bərabər (paralel) olan məkanlara getmək lazımdır. Bunların heç biri mümkün olmasa ehtiyat edərək nəzirlə ehram bağlaya, sonra ehtiyata əsasən Hərəmin başlanğıcında yenidən ehram bağlaya bilər.
Minadan xaricdə qurban kəsmək
Səudiyyə dövləti qurban kəsmək üçün Minadan xaricdə bir neçə məkan təyin etmişdir. Hacıların (bununla əlaqədar) vəzifələrini bəyan edin.
Hazırkı qurbangahların əksəriyyəti Minadan xaricdədir. Lakin hazırkı şəraitdə bu qurbangahlarda qurban kəsməyin eybi yoxdur.
Evin işlərini yerinə yetirməsi şərti
Gələcək həyat yoldaşının evin adi işlərini yerinə yetirməsi şərt olunarsa, bu şərt səhihdirmi? Bu şərtə əməl etmədiyi halda hökmü nədir?
Şərt etdikləri təqdirdə bu şərtin icra olunması vacibdir. Şərti pozarsa, ehtiyat budur ki, qadın onun qiymətini ödəsin.
Dəniz suyu ilə paklanma
Fars körfəzi, Oman dənizi və bir çox başqa dənizlərin suyunda duzun faizi çox olduğunu – hər kub metrdə 3,200 kq. duz olduğunu nəzərə alsaq bu sular muzaf su hökmündədirmi?
Bu kimi sular muzaf su deyil. Bu sularda yuyunmaq və ya nə isə yumaq paklığa səbəb olur.