Qurbanlığın pulunu xeyriyyə işlərinə sərf etmək
Qurbangahda qurban kəsilən heyvanların buldozer vasitəsilə dəfn edilib aradan getdiyi halda, hacı qurban kəsmək əvəzinə onun pulunu xeyriyyə məkanları üçün nəzərdə tuta bilərmi?
Öz şəhəri kimi, digər məkanlarda Zil-həccə ayında qurban kəsməlidir və onun pulunun digər yerlərdə sərf olunması kifayət etmir.
Çoxlu orucunu yeyən şəxs
Çox sayda oruclarını yeyən şəxsin vəzifəsi nədir?
Bacardığı qədər keçmiş orucların qəzasını yerinə yetirsin. Onların kəffarəsi barədə bizim Şəriət risaləmizdə 1401 və 1402-ci məsələyə uyğun əməl etsin. Nəyə gücü çatmasa, onun öhdəsindən götürülür.
Ağılsız, səfeh işlər görən şəxsin məhcur olması
Bir şəxs səfeh işlər görür. Məsələn, öz pullarını qumarbaz adamlara verir və qumarbazdan bank hesabında pul olmadığı halda bir çek almaqla kifayətlənir. Habelə öz arvad-uşağının evə ehtiyacları olduğu halda, evini başqasına verir: 1) Onu bu təsərrüflərdən saxlamaq olarmı? Şəriət sahibinin bu cür problemlər barəsində nəzəri nədir? 2) Onun uşaqları məhkəməyə şikayət edə bilərlərmi?3) Şəri hakim və Vəliyyi-fəqihin nümayəndəsi özü şəxsən (şikayətçi olmasa) bu istiqamətdə ölçü götürə bilərmi?
1) Yuxarıdakı məsələdə fərz olunanlara görə bu şəxs “səfeh”dir və öz əmlakında birbaşa dəxalət etməyə haqqı yoxdur. 2) Şikayət etməyə haqları var. 3) Şəri hakim və onun tərəfindən bu kimi işlər üçün təyin olunan şəxslər, yuxarıdakı vəziyyətə oxşar hallarda bu barədə ölçü götürə bilərlər.
Şəriki tanımağın qeyri-zəruriliyi
Şəriklərin bir-birini tanımaları lazımdırmı?
Müşarikət (şəriklik) əqdində şərikləri tanımaq zəruri deyil. Bu miqdar da kifayət edər ki, şəriklər müəyyən və məlum olsunlar, məsələn, adları dəftərlərdə qeyd olunmuş olsun.
Sərqofli şəklində olan mülkdən alınacaq cərimələr
Neçə illər bundan öncə müəyyən şəxslər mağazaların sərqofli haqqını mağazanın bütün mövcud xüsusiyyətlərini, o cümlədən balkonunu (yarım mərtəbə) görüb, sahibindən almışlar və müamilə şəri və qanuni yolla baş tutmuşdur. 20 ildən çox vaxt keçəndən sonra bələdiyyə idarəsi balkona (yarım mərtəbə) görə bir məbləğdə pul tələb edir. 1) Bu məbləğ pulu kirayəçilər ödəməlidir, yoxsa mağaza sahibinin öhdəsindədir? (Əlavə etmək lazımdır ki, müamilə zamanı yarım mərtəbə şəklində balkon olmasaydı, ya müştəri onu almazdı, ya da müamilə qiyməti fərqli olardı.)2) Əgər müamilə zamanı mağazanın balkonu olmamış və kirayə edən şəxs sonradan sahibinin icazəsi ilə balkonu tikmişdirsə, bu halda bələdiyyə idarəsinin tələb etdiyi pulu kim verməlidir (sahibi, yoxsa kirayəçi) ?
1) Əgər sahibi əvvəlcədən belə halları öz öhdəliyinə götürmüşdürsə və ya ürf (camaat) və ticarət adətləri belə bir öhdəliyi sahibin öhdəsinə qoyurlarsa, bu işi görmək onun öhdəsindədir. Bu iki haldan qeyrisində isə ona heç nə vacib deyil. 2) Bu halda kirayəçinin öhdəsindədir.
Qadınların Quran qiraət etmələrinə qulaq asmaq
Əgər bir qadın uca səslə Quran oxuyursa, kişi ona qulaq asa bilərmi? Belə hallarda lent yazısı ilə qeyrisinin arasında fərq varmı?
Qadın sadə şəkildə Quran oxuyarsa, maneəsi yoxdur. Lakin nəğmə ilə və ya gözəl səslə oxuyarsa, naməhrəm kişi üçün buna qulaq asmaq caiz deyil. Lent yazısı və qeyrisinin də (bu hökmdə) fərqi yoxdur.
İranda yaşayan bəhailər
İran İslam Respublikasında yaşayan bəhailər izhar edirlər ki, biz İranın ümumi qanunlarına tabeyik və heç bir qanunsuz iş görmürük. Lakin burada hüquqlarımızın tapdanmasına dözməli oluruq. Sual budur ki, ümumiyyətlə bəhailər, xüsusilə də İranda yaşayan bəhailər əhli-zimmə sayılırlarmı?
Hazırkı şəraitdə bəhailiyin təkcə dini bir məsələ olmadığını, həm də siyasi məqsəd daşıdığını bilirik. Onların yadellilərin mənfəəti üçün fəaliyyət göstərdiklərinə dair çoxlu faktlar var. Bəzi qərb dövlətlərinin qanunverici orqanlarının onları ciddi şəkildə müdafiə etməsi buna əyani sübut ola bilər. Buna görə də belə bir şəraitdə onlara bu məmləkətdə dinc formada yaşamaq istəyən bir qrup kimi baxmaq olmaz. Onlar həqiqətdə muharibdən sayılır.
İtin paltara toxunması
Əgər it bir kəsin paltarına toxunsa və o, həmin paltarla məscidə daxil olsa, məscidi paklamaq lazımdır?
Paltar və ya itin bədəni nəm olmasa nə paltar nəcis olur, nə də məscid?
Qadınların cümə namazında iştirakları
Qadınların cümə namazında iştirakı məkruhdurmu?
Əsrimizdə və zamanımızda Sanəviyyə (ikinci dərəcəli) ünvanlara nəzər yetirsək, onların cümə namazında iştirakı üstün əməldir.
Şərikliyin pozulması
Aldığı maşının qiymətini ödəmək üçün yüz min tümən pula ehtiyacı olan şəxs öz dostuna müraciət etmiş və bu pulu ondan almış və onun pulu qaytarılan zaman öz dəyərini itirməməsi üçün onu maşının altıda bir hissəsinə şərik etmişdir. Bu işin hökmü nədir? Bu müamiləni poza bilərmi?
Əgər maşının altıda bir hissəsinə dair onun müamiləsi ciddi imişsə, müamilə səhihdir və onu öz tərəfindən (bir tərəfli) poza bilməz. Əgər müamilə zahiri imişsə, öz pulunun miqdarından (yüz min tüməndən) artıq bir şey tələb etməyə haqqı yoxdur.
Bəkarətin olmadığı təqdirdə mehriyyənin miqdarı
Əgər kürəkən bəkarətin olmamağı üzündən nikahı fəsx etsə, mehriyyədən nə qədərini ödəməlidir? Bu işdə tədlis olarsa, onu kimdən almağa haqqı var?
Bakirəlik və ya hər bir kamal və qüsursuzluq şərt olunduğu halda – istər əqddə qeyd olunmuş olsun, istərsə də əqddən öncə – əgər bunun əksi sübuta yetərsə, fəsx hüququ vardır. Əgər duxul (yaxınlıq) baş verməyibsə, mehriyyə bütövlükdə götürülür və əgər baş veribsə mehrul-müsəmma (yəni onun kimi eyibsiz qadının adi mehriyyəsi) ödənilir, sonra tədlis edən şəxsdən alır.
Nağd müamilənin pulunu uzun müddət ödəməmək
Əgər satıcı, malı nəqd olaraq müştəriyə satarsa və alıcı da səhlənkarlıq üzündən onun pulunu 10-15 ilə qədər saxlayarsa, bu müddət ərzində malın qiyməti bir neçə dəfə artarsa, bu halda satıcı malın özünü alıcıdan tələb edə bilərmi?
Yalnız öz pulunu tələb etməyə haqqı vardır. Lakin uzun müddət keçdiyinə və pulun dəyərinin həddindən çox dəyişdiyinə, ehtiyat vacib budur ki, onu razı salsın və ya qiymət arasındakı fərqi mühasibə etsin.
Əvvəllər həccini fadis edən şəxsin məhsur olması
Həccini fasid (xarab, yanlış) edən, sonra məsdud və ya məhsur olan şəxsin hökmü nədir?
Vacibdir ki, məsdud və məhsura məxsus olan əməlləri yerinə yetirsin və sonrakı il həcc yerinə yetirsin.