Aylıq adətinə görə təməttö ümrəsini yerinə yetirməyən qadın
Aylıq adət halında olduğuna görə təməttö ümrəsinin əməllərini yerinə yetirməyən qadın, doqquzuncu günün səhəri Ərəfatda pak olur. Lakin təməttö ümrəsinin əməllərini yerinə yetirmək üçün Məkkəyə gəlmək yolda izdiham olduğuna və ya yoldaşı olmadığına görə mümkün deyil. Vəzifəsi nədir?
Onun həcci ifrad həccinə çevrilir və davam etməyi lazımdır. Həcci tamamladıqdan sonra müfrədə ümrə yerinə yetirməlidir.
Daimi əqdin yerinə müvəqqəti əqd siğəsinin oxunması
Qadın kişini daimi kəbinin icrası üçün vəkil tutmuşdursa, kişi isə müvəqqəti kəbinin icra olunduğunu iddia edərsə (özü də bir neçə ildən sonra), kəbinin, mehriyyənin, ər-arvad və uşaqlar arasındakı irsin hökmü nədir?
Kişinin düz dediyinə və müvəqqəti kəbin oxuduğuna yəqini olsa, kəbin batildir, kişi və qadın bir-birindən irs aparmırlar. Lakin uşaqları onlardan irs aparırlar. Amma kişi bu kəbinin batil olmasını bilirdisə, bu halda uşaqlar yalnız qadından irs aparırlar, kişidə yox. Kişi barəsində isə zina cəzası icra edilməlidir və hər bir halda qadının mehrul-mislini (mövcud mehriyyə dəyərini) ödəməlidir.
Həddi-buluğun birinci ilində orucunu yeyən şəxs
Həddi-buluğun birinci ilində orucunu yeyən qızın vəzifəsi nədir? Qəzasını tutmalıdırsa, necə qəza tutsun?
Kəffarəsi yoxdur, istər cahili-qasir olsun (məsələni öyrənmək imkanına malik olmasın), istərsə də cahili-müqəssir olsun. Lakin qəsdən və bilərəkdən oruc tutmamışdırsa, kəffarəsi var. Məsələnin hər bir surətində qəza tutması lazımdır.
Uduşlu lotoreya biletinin pulu ilə alınan məkan
Bir şəxs tağut (şah rejimi) zamanında 5 tümənə uduşlu bileti aldı və 100 min tümən uduşa sahib oldu. Bu pulla bir ev aldı. Bu evdə namaz qılmaq caizdir?
Onu məchulul-malik adı ilə şəri hakimin icazəsi ilə sədəqə verməlidir. Özü buna layiq və möhtacdırsa, şəri hakimin icazəsi ilə ondan istifadə edə bilər.
Başın məsh olunan yeri
Başın yalnız qabaq hissəsinə məsh çəkilməlidir, yoxsa başın dalına və ya iki tərəfinə də məsh çəkmək olar?
Məshin yeri yalnız başın qabaq hissəsidir.
Sidik üçün qoyulan kisənin bulaşdığı hallar
Bir şəxsin bövlü və ya nəcisi ixtiyarsız ondan xaric olur. Kisə vasitəsilə bunun sair yerlərə yayılmasının qarşısını alır. Namazdan əvvəl kisə nəcisə bulaşarsa, onu dəyişmək vacibdirmi? Əgər kisə pak olsa və namaz halında nəcis və ya bövl ixtiyarsız ondan xaric olarsa, hökm nədir?
Bövl və ya qaiti dalbadal çıxan şəxs gərək hər dəstəmazdan sonra dərhal namaza başlasın. Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüdü yerinə yetirmək üçün yenidən dəstəmaz almaq lazım deyil. Bu şərtlə ki, namazla bu işlər arasında fasilə salmasın. Namaz halında (nəcisə) bulaşmış kisəni üstündə saxlaması namazı batil etmir.
Müsafirin cümə namazında iştirakı
Müsafir təharətlə cümə namazının yalnız iki xütbəsinə qulaq asarsa, zöhrün iki rükətinin yerinə kifayət edirmi? Ümumiyyətlə, müsafir cümə namazında iştirak edə bilərmi?
Müsafir cümə namazında iştirak edə bilər, namazı da (zöhrün əvəzində) kifayət edir. Lakin iki xütbəni dinləmək kifayət deyil və cümə namazının iki rükətini qılmalıdır.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Müqəllid qazının vəzifəsi
Əgər İslam respublikasında qüvvədə olan (Milli məclis tərəfindən eləcə də keşikçilər şurası və digər qanunverici orqanlar tərəfindən təsdiqlənmiş) dövlət qanunu ilə mərcəyi-təqlidin verdiyi fitva arasında fərq aşkara çıxarsa, müqəllid qazının vəzifəsi nədir?
Qazı müctəhiddirsə öz rəyinə uyğun hökm etməlidir. Əgər zərurət üzündən qeyri-müctəhid mühakimə mənsəbinə təyin edilərsə öz mərcəyi-təqlidinin rəyinə əməl etməlidir. İslam hökumətinin qanunu ilə mərcəyi-təqlidinin rəyi arasında qarşılıqlı ziddiyyət yaranarsa, bu halda ehtiyata əməl etmək mümkün olarsa, ehtiyata əməl etmək daha üstündür. Mümkün olmasa və ya zərər-ziyana, üsr-hərəcə (çətinliyə, məşəqqətə) səbəb olarsa, ümumi və ictimai məsələlərdə İslam hökumətinin qanunlarına üstünlük verilməlidir. Xüsusi məsələlərdə isə öz mərcəyi-təqlidinin rəyinə əməl etməlidir.
Unudulmuş təşəhhüdün qəzası
Bir şəxs namazın təşəhhüdünü unudarsa, təşəhhüdün qəzasından sonra namazın salamını da deməlidir?
Ehtiyat budur ki, salamı da desin. Səhv səcdəsi də yerinə yetirməlidir.
Yeyilməli olmayan vəsaiti ağıza salmaq
Oruc halında yeyinti məhsulu olmayan şeyləri (məsələn, həkimin müayinə ləvazimatını) ağıza salmaq orucu batil edirmi?
Orucu batil etmir. Yalnız ağız suyuna bulaşdığı surətdə, onu ağızdan çıxarıb yenidən ağıza salsa və bu ləvazimatın nəmliyi ağız suyunda aradan getməyəcək qədər çox olsa və onu udsa, bu hal istisna olunur.
Paklıq şərt olan əməllərin yerinə yetirilməsi
Bir şəxs cənabət qüslünün yerinə qüsl əvəzindən olan təyəmmüm alarsa, məscidə girə və ya Quran kəlmələrini məsh edə bilərmi?
Təyəmmüm caiz olan yerlərdə təharət (paklıq) şərt olan işlərin hamısını yerinə yetirmək olar.
Qızının və həyat yoldaşının naibliyi
Bir kişi onun üçün həcc yerinə yetirməyi vəsiyyət etmişdir. Qızı və ya arvadı onun əvəzinə naib olub həcci yerinə yetirə bilərmi?
Müəyyən bir şəxsi öz vəsiyyətnaməsində qeyd etməmişdirsə, qızı və həyat yoldaşı da onun əvəzində naib ola bilərlər.

