Fitr axşamı bihuş olan şəxsin fitrəsi
Bir şəxs Fitr bayramının axşamında gün batan vaxtda bihuş olsa, fitrə zəkatı boynundan götürülürmü?
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Bihuş olmaq fitrə zəkatının öhdədən götürülməsinə səbəb olmur.
Məscidin qadınlar üçün, bəzən də kişilər üçün müəyyən məhdudiyyətləri vardır. Hüseyniyyədə isə (məscidlə müqayisədə) daha çox azadlıq var. Əlbəttə, məsciddə qılınan namazın savabı ilə Hüseyniyyədə qılınan namazın savabı arasında böyük fərq mövcuddur. Bu da iki növ binanın təsis olunmasına səbəb olmuşdur.
Onun həcci səhihdir. Lakin ehtiyat vacib budur ki, təvafları (və səyi, təqsiri) yenidən yerinə yetirsin, qadir olmasa naib tutsun.
Əgər rəqiq (az və qatı olmayan) qaz şəklində bədənə daxil olarsa, maneəsi yoxdur və orucu səhihdir. Biz onun yayılmış nümunələrini görmüşük, eybi yoxdur.
Sual fərzində zərurət halı olduğuna görə eybi yoxdur.
Onun qüsl və dəstəmazı batildir. Lakin başqası onun bədəninə su töksə və o özü öz bədənini yusa, eybi yoxdur. Amma bu iş qeyri-zəruri hallarda məkruhdur.
Ayaqları örtməyin haram olması kişilərə məxsusdur və qadınların ayaqların üstünü örtməsi caizdir.
Kreditlərini ödəmədiyi borc miqdarına xüms düşmür. Lakin aldığı məvacib və əlavə gördüyü işlərdən, habelə kreditlərini ödəmiş borcdan əldə etdiyi şeylərə xüms düşür.
Onun təvafı və namazı səhih deyil. Buna görə də bu iki əməli yenidən yerinə yetirməlidir. Ehtiyat vacibə əsasən, səy və təqsiri də təzələməlidir və onun digər əməlləri səhihdir. Şəxsən yerinə yetirə bilməsə, naib tutmalıdır.
Pak olur. Bu şərtlə ki, onun üzərini, yağ maddəsi örtməsin. Lakin az miqdarda yağlı olmağın eybi yoxdur.
Onların vacib həcc üçün ərin icazəsini istəmələrinə inanmaq çətindir. Çünki şəri baxımdan ərin icazəsi lazım (vacib) deyil.
Qadınların gündəlik camaat namazlarında iştirakı məkruhdurmu?
Ciftin nəcis olması barədə sübut yoxdur. ("Ürvə"-nin təliqəsində yazdığımız kimi). Buna görə də qana bulaşmış olmasa və ya (qana bulaşmasında) şübhəmiz olsa, pakdır.
Namazları ayrılıqda qılmaq bizim nəzərimizcə də müstəhəb və sünnətdir. Lakin onları birlikdə qılmaq da caizdir. Hətta əhli-sünnə hədislərində də bunu caizliyinə sübut vardır. Buna görə də bunları bir qılmaq rüxsətdir (icazədir) və ayrı qılmaq fəzilətdir.