Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Başqalarının irs payı ilə həccə getmək

Varislərdən bəziləri digər varislərin səhmini vermədən (yəni, irsə bütövlükdə sahib çıxmaqla) həccə getsələr, həclərinin hökmü necə olacaqdır? Onlarla sileye-rəhim (əlaqə saxlamaq, görüşlərinə getmək) etməyin hökmü nədir?

Əgər varislərdən bəzilərinin səhmləri verilməsə və digərlərinin əmlakında muşa halında (müştərək, bölünməyən) qalıbsa, ondan istifadə etmək haramdır. Habelə əgər həmin vəsaitlə həccə getsələr, ehram paltarını və qurbanlığı ondan tədarük görsələr, onların həccinin də işkalı var və nə qədər ki, başqalarının irs payını verməyiblər, o mal qəsbi malın hökmündədir. Bu şəxslərlə sileyi-rəhim etmək, onların haram işə qarşı cürət və cəsarətlərinin çoxalmasına səbəb olarsa, caiz deyil. Əgər sileyi-rəhim etməmək (onların) pis işlərdən çəkinməsinə səbəb olacaqsa, vacibdir. Amma əgər sileyi-rəhim etmək və ya etməməyin onların pis işlərdən çəkinməsinə heç bir təsiri olmayacaqsa, sileyi-rəhimi tərk etmək olmaz.

Etiketlər: