Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1851İcarənin şərtləri

Vəkil və qəyyumun vasitəçiliyi ilə icarə

Məsələ 1851: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarə verə bilər. Həmçinin, az yaşlı uşağın (səğir) və qəyyumu onun məsləhətini riayət etməklə, malını icarəyə verə bilər. Vacib ehtiyata əsasən, onun həddi-büluğdan sonrakı zamanını icarəyə daxil etməsinlər. Əgər onsuz az yaşlı uşağın (səğirin) məsləhəti hasil olmasa, istisnadır. Başçı və qəyyumu olmadıqda isə şəriət hakimindən icazə alınmalıdır. Əgər adil müctəhid və yaxud onun nümayəndəsinə müraciət etmək imkanı olmasa, uşağın məsləhətini riayət edən adil mö’min şəxsdən icazə almaq olar.

Nömrə 1852İcarənin şərtləri

İcarədə siğə

Məsələ 1852: İcarədə siğəni hər dildə- ərəbcə, farsca və s. oxumaq olar (məsələn, malik, bir şəxsə filan mülkümü, filan məbləğə, filan müddət ərzində sənə icarə verdim, desin və o da, qəbul etdim, desin). Həmçinin, öz mülkünü icarə qəsdi ilə icarə edənin ixtiyarında qoyması və onun da təhvil alması kafidir.

Nömrə 1856İcarənin şərtləri

Hansı hallarda icarə edənin icarə verməyə haqqı var

Məsələ 1856: Ev, mağaza və yaxud bir otaq icarə edib onu başqasına verməyə hüququ olan bir şəxs, (onu) icarə etdiyindən daha çox məbləğə icarə verə bilməz. Əgər orada onun bərabərində bir az artıq (məbləğ) almaq üçün iş görübsə (təmir, ağartı işləri aparmaq və yaxud şkaf, xalça qoymaq) istisnadır.

Nömrə 1857İcarənin şərtləri

Əcir özünü başqasına icarə verə bilməz

Məsələ 1857: Əgər bir işçi, fəhlə özünü başqasının xidmətinə və icarəsində qərar versə, onu başqasının xidmət və icarəsinə verə bilməz. Əgər əməl və yaxud kəlamının zahiri mənası, icarə edənin bu cəhətdən azad olması başa düşülsə, istisnadır. Bu halda, əgər onu o məbləğdən çox təhvil versə eybi var. Lakin, ev, mağaza və əcirdən başqasında eybi yoxdur.

Nömrə 1858İcarənin şərtləri

İcarə verilmiş malın şərtləri

Məsələ 1858: İcarə verilən malın bir neçə şərti var:1-Müəyyən olmalıdır. Bu baxımdan, əgər, ev və yaxud avtomobillərimdən birini icarə verirəm, desə, düzgün deyil; 2-İcarə edən onu görməli və yaxud malik onun xüsusiyyətlərini təmami ilə bəyan etməlidir; 3- Onu təhvil vermək mümkün olmalıdır. Belə isə, icarə edənin onu tutmasına qadir olmayan fərari atı icarəyə vermək batildir; 4- O mal istifadə etməklə aradan getməməlidir. Bu baxımdan, çörək, meyvə və bu kimi şeyləri icarəyə vermək düzgün deyil; 5- İcarə verilən maldan istifadə etmək mümkün olmalıdır. Əkinçilik üçün yararlı və yaxud kifayət qədər suyu olmayan torpağı icarəyə vermək batildir; 6- İcarə verdiyi şeyin maliki, yaxud onun icarə verilməsində vəkil və yaxud qəyyum olmalıdır.

Nömrə 1861İcarənin şərtləri

İcarə olunan mənfəətin şərtləri

Məsələ 1861: Mənfəəti (faydası) üçün icarəyə verilən malın bir neçə şərti var:1-Halal olmaq. Bu baxımdan, mağaza və maşının spirtli içkiləri satmaq və yaxud daşımaq üçün icarəyə verilməsi batildir; 2- Camaatın nəzərində belə bir mənfəətin qarşısında pul vermək faydasız olmasın; 3-Əgər o malın müxtəlif faydaları varsa, hansı fayda üçün icarə verdiyini müəyyən etməlidir. Məsələn, həm minik və həm də yük daşımaq üçün yaralı olan heyvanı hansı biri üçün icarəyə verdiyini müəyyən etməlidir. Əgər hər ikisi nəzərdə tutulubsa, yenə də müəyyən edilməlidir; 4-İcarənin müddəti də müəyyən edilməlidir.