Xütbələrə çatmayanların vəzifəsi
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
4. Cümə namazı camaatla qılınmalıdır. Cümə namazının qılınması üçün ən azı beş nəfər olmalıdır. (İmam cümə və başqa dörd nəfər)
5. İki cümə namazı qılınan məhəl arasında məsafə bir fərsəxdən (altı km-dən) az olmamalıdır. Əgər iki cümə namazı arasında məsafə bir fərsəxdən (altı km-dən) az olarsa, birinci namaz düzgün, ikincisi batildir.
6. Cümə namazı müsafirlərə, qadınlara, xəstələrə və iş qabiliyyəti olmayanlara vacib deyil. Amma adı çəkilənlər cümə namazında iştirak etsələr namazları düzgündür. Vacib ehtiyata əsasən, cümə namazının qılınması üçün zəruri olan beş nəfər bu insanlardan olmamalıdır.
1. Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu namazın iki qunutu var. Qunutlardan biri birinci rəkətdə rükudan öncə, ikincisi ikinci rəkətdə rükudan sonradır. Müstəhəbdir ki, imam birinci rəkətdə “Həmd”dən sonra “Cumuə” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra “Munafiqun” surəsini oxusun. Vacib ehtiyat budur ki, bu surələrdən birini oxumağa başlasa başqa surəyə keçməsin.
2.Cümə namazından qabaq imam-cümə iki xütbə oxumalıdır.
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
4. Xütbələr aşağıdakı hissələrdən ibarət olur. Allaha həmd-səna; Məhəmməd və Ali-Məhəmmədə salavat; moizə, nəsihət, ilahi təqvaya çağırış; hər xütbədə “İxlas”, “Kafirun”, “Əsr” kimi qısa surələrdən birini oxumaq;(vacib ehtiyata əsasən).Vacib ehtiyata əsasən imamın özü və mö’minlər üçün bağışlanma diləməsi, ikinci xütbədə salavat zamanı imamların adını bir-bir çəkməsi.Bu əsasla, birinci xütbə beş, ikinci xütbə altı hissədən ibarət olur. İmam xütbələri qiyam (ayaq üstü) halında oxumalı, iki xütbə arasında azca əyləşməli, səsini lazımı həddə namaz qılanlara çatdırmalı, moizə-nəsihəti başa düşülən dildə bəyan etməlidir.
5. Xütbə oxuyanın əmmamə və əbada olması, əsa və ya bu kimi bir şeyə söykənməsi daha yaxşıdır. İmam xütbəyə başlamazdan öncə məmumlara salam verir. Yaxşı olar ki, xütbədə müsəlmanlar, İslam dünyası və həmin məntəqə sakinləri ilə bağlı ictimai-siyasi, əxlaqi mövzular şərh olunsun. Müsəlmanlar bu mövzularla bağlı vəzifələri ilə tanış edilsin. Onlara düşmənin planları haqqında mə’lumat verilsin. Xütbə oxuyan imam öz xütbələrində insanların tə’lim-tərbiyəsinə, onların günün məsələləri ilə tanışlığına xüsusi diqqət yetirməlidir. Xütbənin əsas məqsədlərindən biri budur. Xütbələr aydın, tə’sirli bir dillə bəyan edilməlidir. Bu ibadi-siyasi ne’mətdən lazımınca bəhrələnmək lazımdır. Xütbələrdə müsəlmanlar düşmən qarşısında birliyə çağırılmalı, təfriqə yaradan mövzular açıqlanmamalıdır. Vacib ehtiyata əsasən, xütbə oxunan zaman namaz qılanlar dəstəmazlı olmalı, üzü imama əyləşməli, sakitliyi gözləməli, xütbələri dinləməlidirlər. Amma bilərəkdən də danışsalar, cümə namazı batil olmaz. Amma bu işi görənlər xilafa yol vermişlər.
Məsələ 700: Müstəhəb namaz çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur.
Məsələ 701: Gündəlik nafilə namazları bunlardır: Səkkiz rəkət günorta, səkkiz rəkət ikindi, dörd rəkət şam, iki rəkət oturaq halda xiftən, on bir rəkət gecə, iki rəkət sübh nafiləsi. Xiftən namazının iki rəkətlik nafiləsi oturaq yerinə yetirildiyindən bir rəkət sayılır. Nəticədə gündəlik nafilələr otuz dörd rəkət olur. Amma cümə günləri bu namazlar dörd rəkət artır. Günorta və ikindi nafilələrinə dörd rəkət əlavə olunur. Bütün nafilə namazları iki rəkət-iki rəkət qılınır.
Məsələ 702: On bir rəkət gecə nafiləsinin səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’ nafiləsi”, bir rəkəti “vətr” nafiləsi niyyəti ilə yerinə yetirilir.