Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1787Mal və onun əvəzi

Vəqf olunmuş əmlakın alğı-satqısı icazəli olan hallar

Məsələ 1787: Xüsusi vəqflərdə, onlar üçün vəqf edilmiş malda bə’zi şəxslər arasında elə ixtilaf yaransa ki, malı satmadıqda fəsadın üzə çıxması, qan tökülməsi və yaxud hansısa malın tələf olması qorxusu olsa, bu halda o malı sata və vəqf edənin məqsədinə yaxın olan yerlərdə sərf edə bilərlər.

Nömrə 1788Mal və onun əvəzi

İcarə verilmiş mülkün satışının hökmü

Məsələ 1788: Malın sahibi ayrısına icarə verdiyi evi sata bilər və onun icarəsi batil olmur. İcarə müddətində o mülkdən istifadə etmək icarə edən şəxsin hüququdur. Lakin, alıcı o mülkün icarəyə verilməsini bilməsə və yaxud icarə müddətinin az olmasını güman etsə, xəbərdar olandan sonra müamiləni poza bilər.

Nömrə 1789Ticarət siğəsi

Hər dildə ticarət siğəsi

Məsələ 1789: Müamilə edən tərəflər bildikləri hər dildə siğə oxuya bilərlər. Məsələn, əgər satıcı farsca (ya türkcə) “Mən bu malı filan qiymətə satdım” və alıcı “qəbul etdim” və yaxud bu mə’nanı verən başqa bir ifadə ilə desələr, müamilə düzgündür. Lakin, siğə oxumadan satıcı satmaq məqsədi ilə malını birinə versə və o da almaq qəsdi ilə (müamilə şərtlərinin onda cəm olması şərti ilə) alsa kifayat edər.

Nömrə 1791Ticarət siğəsi

Siğə oxuyarkən inşa qəsdi

Məsələ 1791: Müamilə siğəsi oxunan zaman hər iki tərəf inşa qəsdi etməlidirlər. Yəni, bu iki cümlələri deməkdə məqsədləri alqı-satqı olmalıdır. Həmçinin, əməli olan alver dil ilə oxunan siğənin əvəzi olduqda da inşa qəsdi olmalıdır. Həmçinin, həqiqi və hüquqi şəxslərin hər ikisi malik müamilə tərəfləri ola bilərlər. Bu baxımdan, təsis olunan hər bir xeyriyyə və pullu müəssisələr hüquqi şəxsiyyətə malik olsalar, bu baxımdan həqiqi şəxsiyyətlərlə fərqləri yoxdur.

Nömrə 1796Nisyə və nağd ticarət

Ticarətdə malın necə təhvil verilməsi

Məsələ 1796: Əgər bir mal nəqd satılarsa, satıcı və yaxud alıcı müamilə bitəndən sonra malını və yaxud pulunu tələb edə, onu təhvil ala bilərlər. Ev, torpaq və buna oxşar şeylərin təhvil verilmə qaydası, onu istifadə edə biləcək halda alan şəxsin ixtiyarında qoymaqdır. Daşınan əşyaların, məsələn, xalça, paltar və s. kimi təhvil verilmə qaydası, onu başqa yerə aparmaq istədikdə heç bir maneə olmayacaq halda alıcının ixtiyarında qoymaqdır.

Nömrə 1798Nisyə və nağd ticarət

Vaxt yetişməmiş əvəzi istəmək

Məsələ 1798: Bir mal nisyə satıldıqda, müddət vaxtı sona çatmazdan qabaq onun əvəzini tələb edə bilməz. Lakin, müştəri dünyadan köçəndən sonra, hətta, vaxt sona çatmazdan öncə, satıcı borcunu meyyitin malından tələb edə bilər.