Xütbə oxunmasının zamanı
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
3. Vacib ehtiyata əsasən, xütbələr günorta azanından başlayır. Əgər azandan öncə başlasa yenidən oxunmalıdır.
4. Xütbələr aşağıdakı hissələrdən ibarət olur. Allaha həmd-səna; Məhəmməd və Ali-Məhəmmədə salavat; moizə, nəsihət, ilahi təqvaya çağırış; hər xütbədə “İxlas”, “Kafirun”, “Əsr” kimi qısa surələrdən birini oxumaq;(vacib ehtiyata əsasən).Vacib ehtiyata əsasən imamın özü və mö’minlər üçün bağışlanma diləməsi, ikinci xütbədə salavat zamanı imamların adını bir-bir çəkməsi.Bu əsasla, birinci xütbə beş, ikinci xütbə altı hissədən ibarət olur. İmam xütbələri qiyam (ayaq üstü) halında oxumalı, iki xütbə arasında azca əyləşməli, səsini lazımı həddə namaz qılanlara çatdırmalı, moizə-nəsihəti başa düşülən dildə bəyan etməlidir.
5. Xütbə oxuyanın əmmamə və əbada olması, əsa və ya bu kimi bir şeyə söykənməsi daha yaxşıdır. İmam xütbəyə başlamazdan öncə məmumlara salam verir. Yaxşı olar ki, xütbədə müsəlmanlar, İslam dünyası və həmin məntəqə sakinləri ilə bağlı ictimai-siyasi, əxlaqi mövzular şərh olunsun. Müsəlmanlar bu mövzularla bağlı vəzifələri ilə tanış edilsin. Onlara düşmənin planları haqqında mə’lumat verilsin. Xütbə oxuyan imam öz xütbələrində insanların tə’lim-tərbiyəsinə, onların günün məsələləri ilə tanışlığına xüsusi diqqət yetirməlidir. Xütbənin əsas məqsədlərindən biri budur. Xütbələr aydın, tə’sirli bir dillə bəyan edilməlidir. Bu ibadi-siyasi ne’mətdən lazımınca bəhrələnmək lazımdır. Xütbələrdə müsəlmanlar düşmən qarşısında birliyə çağırılmalı, təfriqə yaradan mövzular açıqlanmamalıdır. Vacib ehtiyata əsasən, xütbə oxunan zaman namaz qılanlar dəstəmazlı olmalı, üzü imama əyləşməli, sakitliyi gözləməli, xütbələri dinləməlidirlər. Amma bilərəkdən də danışsalar, cümə namazı batil olmaz. Amma bu işi görənlər xilafa yol vermişlər.
Məsələ 700: Müstəhəb namaz çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur.
Məsələ 701: Gündəlik nafilə namazları bunlardır: Səkkiz rəkət günorta, səkkiz rəkət ikindi, dörd rəkət şam, iki rəkət oturaq halda xiftən, on bir rəkət gecə, iki rəkət sübh nafiləsi. Xiftən namazının iki rəkətlik nafiləsi oturaq yerinə yetirildiyindən bir rəkət sayılır. Nəticədə gündəlik nafilələr otuz dörd rəkət olur. Amma cümə günləri bu namazlar dörd rəkət artır. Günorta və ikindi nafilələrinə dörd rəkət əlavə olunur. Bütün nafilə namazları iki rəkət-iki rəkət qılınır.
Məsələ 702: On bir rəkət gecə nafiləsinin səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’ nafiləsi”, bir rəkəti “vətr” nafiləsi niyyəti ilə yerinə yetirilir.
Məsələ 703: Gecə nafiləsi nafilə namazlarının ən mühümlərindəndir. Ayə və rəvayatlərdə bu namazın əhəmiyyəti xüsusi vurğulanır, onun insan ruhuna müstəsna tə’sirindən danışılır. Bu namazlar insanın tərbiyəsində, onun problemlərinin həllində çox tə’sirlidir. Dua kitablarında bu namazın qaydaları göstərilir. Xüsusilə vətr namazının qunutuna ciddi əhəmiyyət verilir. Əlbəttə ki, bu qaydaları yerinə yetirmək yaxşıdır. Amma gecə namazlarını adi şəkildə də qılmaq olar. Müəyyən səbəblərdən gecənin axırlarında oyana bilməyən şəxs yatmazdan öncə bu namazı qıla bilər.
Məsələ 713: Savab ümidi ilə qılınan namazlardan biri ğüfeylə namazıdır. Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ“Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu’minin”Ğufeylə namazının ikinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur:وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ“Və indəhu məfatihul ğəybi la yə’ləmuha illa huvə və yə’ləmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yə’ləmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.”Namazın qunutunda belə deyilir:اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا“Allahummə inni əs’əlukə bi məfatihil-ğəybil-ləti la yə’ləmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf’ələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur.Sonra deyilir:اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى“Allahummə əntə vəliyyu ni’məti vəl-qadiru əla təlibəti tə’ləmu hacəti fə əs’əlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”.
Məsələ 704: Nafilə namazlarını oturaq da qılmaq olar. Amma bu halda ehtiyat müstəhəb budur ki, iki rəkət oturaq namaz bir rəkət sayılsın. Məsələn, günortanın səkkiz rəkətlik nafiləsi on altı rəkət oturaq namazla əvəz edilsin.
Məsələ 705: Səfərdə günorta və ikindi nafilələri qılınmır. Ehtiyat vacib budur ki, xiftən namazının da nafiləsi qılınmasın. Amma qalan nafilələr, yə’ni sübh, şam və gecə nafilələri səfərdə də qılınır.
Məsələ 706: Qeyd etdik ki, nafilə namazları iki rəkət-iki rəkət qılınır. Yalnız vətr namazı bir rəkətdir. Vətr namazını oturaq qılmaq istəyən şəxs ayrı-ayrı iki bir rəkətli namaz qılmalıdır.
Məsələ 707: Günorta nafiləsinin vaxtı günorta namazından qabaqdır. Bu vaxt günortadan başlayır və göstərici çubuğun kölgəsi yeddidə iki uzunluğa çatanədək davam edir. Məsələn, əgər göstərici çubuğun uzunluğu yeddi qarışdırsa, onun kölgəsi iki qarış uzunluğa çatanadək günorta nafiləsinin vaxtıdır.