Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 721Qibləni müəyyən etmək

Kompasdan istifadə

Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.

Nömrə 727Namazda qadınların geyimi

Namazda qadınların geyimi nə qədər olmalıdır

Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başını və tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat vacib budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.

Nömrə 734Namaz qılanın paltarı

Bədəni örtmək üçün heç nəyi olmayanlar

Məsələ 734: Əgər insan çılpaqsa və örtünmək üçün bir şey tapmırsa, namazın vaxtı qurtaranadək bir şey tapacağını ehtimal edərsə, ehtiyat budur ki, namazı tə’xirə salsın. Əgər tapa bilməsə, bir şəxs gördüyü halda, oturaq namaz qılmalı və ayıb yerini bu yolla örtməlidir. Əgər bir şəxs görmürsə ayaq üstə namaz qılmalı ehtiyat vacibə görə övrətini əli ilə örtməlidir. Bu halda rüku və səcdələr işarə ilə yerinə yetirilir. Səcdə üçün başı bir qədər aşağı əymək bəs edər.

Nömrə 735Namaz qılanın geyiminin şərtləri

Namaz qılanın geyiminin altı şərti var

Məsələ 735: Namaz qılan şəxsin libası ilə bağlı altı şərt var: Pak olsun; vacib ehtiyata əsasən, qəsbi olmasın; ölü heyvanın hissələrindən olmasın; əti haram heyvanın hissələrindən olmasın; (beşinci və altıncı şərt) namaz qılan şəxs kişidirsə, onun libası xalis ipək və ya qızılla toxunmuş olmasın. Bu Məsələlər qarşıda şərh olunacaq.