Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1166On gün qalmaq qəsdi

Yaxın yerlərdə on gün qalmaq məqsədi

Məsələ 1166: Bir müsafir müəyyən məhəldə on gün qalmaq qərarına gələrsə bir neçə yerdə dayanmağı nəzərdə tuta bilər. Bir şərtlə ki, həmin yerlər arasında məsafə az olsun. (Məsələn, bir-iki km.) Belə ki, onu müsafir adlandırmasınlar. Bu baxımdan böyük və kiçik şəhərlər arasında fərq yoxdur. Yə’ni böyük şəhər və kiçik şəhər məfhumlarının müsafirin hökmlərinə tə’siri yoxdur.

Nömrə 1170On gün qalmaq qəsdi

On gündən artıq günlərin hökmü

Məsələ 1170: Müsafir ayın axırına on gün və ya daha artıq qaldığını bilirsə və qərara gəlirsə ki, ayın axırınadək həmin yerdə qalacaq, namazını tam qılmalıdır. Hətta ayın axırına nə qədər qaldığını bilmədiyi vaxt ayın sonunadək qalmaq qərarındadırsa, əslində on gün və ya daha artıq qalırsa, namazını tam qılmalıdır.

Nömrə 1172On gün qalmaq qəsdi

On gün qalmaq məqsədi ilə oruc tutub günortadan sonra fikrindən dönən insanın vəzifəsi

Məsələ 1172: Bir şəxs on gün qalmaq qərarına gəlib oruc tutarsa və günortadan sonra qalmaq fikrindən daşınarsa, əgər bir dörd rəkətli namaz qılmışsa orucu düzgündür. Nə qədər ki, oradadır namazlarını tam qılmalı, ramazan ayının orucunu tutmalıdır. Amma dörd rəkətli bir namaz qılmamışsa,yalnız o günün orucu səhihdir, namazları yarı qılmalıdır.

Nömrə 1174On gün qalmaq qəsdi

Namaz əsnasında on günü qalmaq qərarına gələn müsafirin höküm

Məsələ 1174: Əgər bir müsafir namazı yarı qılmaq niyyəti ilə namaza başlasa və namaz gedişində orada on gün, ya daha artıq qalmaq qərarına gəlsə, namazını dörd rəkətli qılmalıdır. Əksinə, on gün qalmaq niyyət edib dörd rəkətli namaza başlasa və namazın gedişində niyyətini dəyişsə, üçüncü rəkətə başlamamışsa, namazını iki rəkətli qılmalıdır. O biri namazları da yarıdır. Əgər üçüncü rəkətin rükusuna getmişsə namazı batildir. Nə qədər ki, oradadır, namazları yarı qılmalıdır.

Nömrə 1177On gün qalmaq qəsdi

Namazını tamam qılan müsafirin başqa yerə gedəcəyi təqdirdə vəzifəsi

Məsələ 1177: Bir yerdə on gün qalmaq niyyət etmiş şəxs on gün keçdikdən və ya bir dörd rəkətlik namaz qıldıqdan sonra dörd fərsəxdən uzaqda olmayan bir yerə gedərsə, qaldığı yerə qayıtdıqda namazını tam qılmalıdır. Əgər qaldığı yerdən səkkiz fərsəxdən uzaqda olmayan yerə gedərsə və həmin yerdə on gün qalarsa, namazını yolda və ikinci yerdə tam qılmalıdır. Səkkiz fərsəxdən uzağa gedərsə, namazını yolda yarı, on gün qalmaq məqsədində olduğu ikinci yerdə tam qılmalıdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت