Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 486Nifas qanının hökmləri

Uşağın vücudunun kamil olması

Məsələ 486: Vacib ehtiyata əsasən, qanın nifas qanı sayılması üçün körpə kamil olmalıdır. Bətndən laxtalanmış qan xaric olsa və bilinsə ki, bu qan bətndə qalsaydı insan olacaqdı, həm qandan pak olmuş qadının vəzifələrinə əməl olunmalı, həm də heyiz qadının tərk etdiyi işlər tərk edilməlidir.

Nömrə 496Ölüyə toxunmaq

Ölüyə toxunma qüslünün vacib olma şərti

Məsələ 496: Bir şəxs ölmüş insanın bədəninə soyuduqdan sonra, qüsüldən öncə toxunsa, meyyitə toxunmaq qüslü verməlidir. Bilərəkdən və ya bilməyərəkdən toxunmağın fərqi yoxdur. Hətta dırnaq meyyitin dırnağına toxunarsa, meyyitə toxunmaq qüslü vacib olur.

Nömrə 503Ölüyə toxunmağın hökmləri

Bədəndən ayrılmış üzvə toxunmaq

Məsələ 503: Əgər diri insanın və ya ölünün bədənindən üzərində sümük olan ət parçası qoparsa (Məsələn, bir əl və ya bir barmaq) ona qüsül verilməmiş toxunanlar meyyitə toxunma qüslü verməlidir. Amma həmin ətin üzərində sümük olmasa, qüsül vacib deyil. Amma ölüdən və ya diridən ayrılmış təkcə sümüyə və ya dişə toxunduqda qüsül vacib deyil.