Fəsildən fəslə axan bulaq və arxların hökümü
Məsələ 38: Bə’zi bulaqlar və kəhrizlər bə’zən qaynayır, bə’zən dayanır. Bu sular qaynadığı vaxt axar su hökmündədir.
Məsələ 38: Bə’zi bulaqlar və kəhrizlər bə’zən qaynayır, bə’zən dayanır. Bu sular qaynadığı vaxt axar su hökmündədir.
Məsələ 39: Şəhərin, hamamların və bu kimi yerlərin mənbədən qidalanan, boru ilə axan suları axar su hökmündədir. Bir şərtlə ki, onların qidalandığı mənbənin suyu ya təklikdə, ya da borulardakı su ilə birlikdə kürr həddindən az olmasın.
Məsələ 40: Əgər boru ilə çəkilmiş suyun altına bir qab qoyularsa qabdakı su kran suyu ilə əlaqədə olduğu vaxt axar su hökmündədir.
Məsələ 41: Yağış suyu axar su hökmündədir. Bu su istənilən bir murdar şeyi paklayır. Əgər bədəndə, xalçada, bu kimi başqa şeylərdə murdarın əsli olmazsa və onlardan (ğusalə) su ayrılarsa, yağış suyu bütün bunları paklayır.
Məsələ 42: Bir neçə damla yağış yağması kifayət etmir. Yağıntı elə bir miqdarda olmalıdır ki, ona yağış desinlər.
Məsələ 43: Əgər yağış suyu murdarın əslinə toxunub başqa bir yeri nəmləndirərsə, vacib ehtiyata əsasən, həmin nəm yerdən çəkinmək lazımdır.
Məsələ 44: Əgər torpağın üzərində və ya evin damında murdar bir şey varsa və onun üzərinə yağış yağmışsa vacib ehtiyata əsasən, çəkinmək lazımdır. Amma yağışın murdar şeyin üzərinə yağmayan hissəsi pakdır. Murdarın üzərinə yağmış suya qatılıb novça ilə axan su pak sayılır.
Məsələ 45: Əgər yağış suyu axıb yağışın yağmadığı bir yerə çatarsa oranı paklayar, bir şərtlə ki, yağış kəsilməsin.
Məsələ 46: Yağış suyu yağışla əlaqəli şəkildə bir yerə toplanarsa yağış suyu hökmündədir. Bu su kürr miqdarından az olsa da bütün murdar şeyləri paklayır.
Məsələ 47: Əgər pak bir xalça murdarlanmış yerə sərilmişsə, onun üzərinə yağan yağış altına keçdikdə xalça murdarlanmır, hətta yer pak qalır.
Məsələ 48: Əgər yağış suyu murdar hovuza yağarsa, ya ona qatışarsa, hovuzdakı su paklanar.
Məsələ 49: Quyu suyu həm pakdır, həm də pakedicidir. Bu su kürr miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. Murdarlanmış şeydə murdarın əsli olmazsa, həmin şey quyu suyu ilə yuyulduqda paklanır. Bir şərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin şeyə keçirməsin.