Nafilə namazında rüknün hökmü
Məsələ 1072: Rüknlərin artırılıb-azaldılmasının nafilə namazlarına da tə’siri var.
Məsələ 1072: Rüknlərin artırılıb-azaldılmasının nafilə namazlarına da tə’siri var.
Məsələ 1073: Namazın hərəkətləri baxımından müstəhəb namazla vacib namaz arasında fərq yoxdur. Məsələn, Həmd və ya rüku ilə bağlı şəkk yarandıqda həmin hissənin yeri ötüb keçənədək yerinə yetirilir. Əgər yeri ötmüşsə, şəkkə etina olunmur.
Məsələ 1074: Müstəhəb namazlarda vacib ehtiyata əsasən, zənn-gümana namazı batil edənədək əhəmiyyət verilir. Məsələn, iki rəkət namaz qılınmasına şübhə yaranmışsa, iki rəkət qəbul edilir. Əgər üç rəkət qılındığına güman yaranmışsa, iki rəkət əsas götürülür.
Məsələ 1075: Müstəhəb namazlarda səcdeyi-səhv yoxdur. Yə’ni əgər müstəhəb namaz qılan şəxs, vacib namazlarda səcdeyi-səhvə səbəb olan işi yerinə yetirsə, səcdeyi-səhv lazım deyil. Həmçinin müstəhəb namazlarda yaddan çıxmış səcdə və təşəhhüdün qəzası yoxdur.
Məsələ 1076: Əgər nafilə namazının vaxtı keçdikdən sonra onun yerinə yetirilib-yetirilməməsi ilə bağlı şəkk yaranarsa, bu şəkkə əhəmiyyət verilmir. Əgər vaxt varsa, yerinə yetirilir.
Məsələ 1077: Qeyd olunduğu kimi dörd rəkətli namazların rəkətlərinin sayı ilə bağlı şəklər doqquz halda düzgündür və şəklə bağlı vəzifəyə əməl etmək lazımdır:1. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya üçüncü rəkət olması ilə bağlı şəkk: Bu halda üçüncü rəkət olduğu qəbul edilməli, əlavə bir rəkət qılmaqla namaz tamamlanmalıdır. Namaz tamamlandıqdan sonra göstəriş əsasında bir rəkət ayaq üstə ehtiyat namazı qılınır. Əgər ikinci səcdədə vacib zikr deyildikdən sonra şəkk yaranarsa, vacib ehtiyata əsasən, eyni göstərişə əməl olunur və sonra namaz yenidən qılınır. (Bu hökm ikinci səcdədən başı qaldıranadək bütün hallara aiddir.)2. Üçüncü, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Namazın istənilən bir yerində belə bir şəkk yaranarsa, dördüncü rəkətin qılındığı qəbul edilir, namaz tamamlanır, namaz tamamlandıqdan sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaq ehtiyat namazı qılınır.3. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Bu vaxt dördüncü rəkət olduğu qəbul edilməli, namaz tamamlanmalı, sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalıdır.4. Başı ikinci səcdədən qaldırdıqdan sonra iki, ya üç, ya dörd rəkət qılınması ilə bağlı şəkk: Dörd rəkət qılındığı qəbul edilməli, namazdan sonra iki rəkət ayaq üstə, sonra iki rəkət oturaraq ehtiyat namazı qılınmalıdır.5. Başı ikinci səcdədən qaldırdıqdan sonra dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Dördüncü rəkətin qılındığı qəbul edilməli, namaz tamamlanmalı, sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir.8. Ayaq üstü vəziyyətdə dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra bu şəkk üçlə dörd arasındakı şəklə əvəz olunur. Dördüncü rəkət qəbul edilir, namaz tamamlanır, sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaraq ehtiyat namazı qılınır. Vacib ehtiyat budur ki, həmin namaz yenidən qılınsın.7. Ayaq üstü vəziyyətdə üçüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk iki ilə dörd arasındakı şəkkə çevrilir. Dördüncü rəkət olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılınır. Vacib ehtiyata əsasən, namaz yenidən qılınmalıdır.8. Ayaq üstü vəziyyətdə üç, ya dörd, ya da beşinci rəkətin olması ilə bağlı şəkk: Bu vaxt oturmaq lazımdır. Oturduqdan sonra əvvəlki şəkk iki, ya üç, ya dördüncü rəkətin olması ilə bağlı şəklə əvəz edilir. Dördüncü rəkətin olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət, daha sonra oturaraq iki rəkət ehtiyat namazı qılınır. Ehtiyat budur ki, namaz yenidən qılınsın.9. Ayaq üstü vəziyyətdə beşinci, ya altıncı rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk dördlə beş arasındakı şəklə əvəz olunur. Namaz tamamlanır, iki səcdeyi-səhv yerinə yetirilir. Vacib ehtiyata əsasən, namaz təzələnməlidir.
Məsələ 1078: İnsan düzgün şəkk ilə qarşılaşdığı vaxt namazı kəsə bilməz. Belə məqamlarda zəruri göstərişə əməl olunmalıdır. Bütün şəklərdən öncə bir qədər fikirləşmək lazımdır. Əgər ehtimallardan heç birinə əminlik yaranmazsa və ya mö’təbər ehtimal müəyyənləşməsə, şəkk batil şəklərdən olduqda namaz kəsilir. Şəkk düzgün şəkdirsə lazımı göstərişə əməl edilməlidir.
Məsələ 1079: Namazın rəkətlərində zənn-güman əminlik hökmündədir, gümanı əsas götürüb namazı davam etdirmək lazımdır. Amma şəkk birinci və ikinci rəkətlə bağlı olduqda vacib ehtiyat budur ki, namaz yenidən qılınsın.
Məsələ 1080: Əgər öncə bir tərəfə güman güclü olarsa, sonra hər iki güman eyni gücdə qalarsa və şəkk halı yaranarsa, şəkk göstərişinə əməl olunmalıdır. Amma öncə şəkk halı yaransa, sonra bir tərəfə güman güclü olsa, güman əsasında əməl edilir. Namazı batil edən şəklərdə isə şəkk təsdiqləndikdə namaz yenidən qılınır, bu şəkkin güclü olub-olmamasının əhəmiyyəti yoxdur.
Məsələ 1081: Bir şəxs qarşısına çıxan halın şəkk, yoxsa zənn-güman olduğunu bilməsə, şəkk hökmünə əməl etməlidir.
Məsələ 1082: Əgər təşəhhüdə başladıqda və ya növbəti rəkətə keçdikdən sonra şəkk etsə ki, iki səcdə yerinə yetirib, yoxsa yox, eləcə də ikinci səcdədən sonra baş verən düzgün şəklə qarşılaşsa, (məsələn, iki və üç arasında şəkk), səcdələri yerinə yetirdiyini qəbul etməli, şəkk göstərişinə tabe olmalıdır. Bu halda namazı düzgündür. Amma səcdə məhəlli ötməmiş şəkk etsə, namazı batildir.
Məsələ 1083: Əgər şəkki aradan qalxsa və başqa bir şəkk yaransa, ikinci şəkki əsas götürməlidir. Məsələn, iki və üç arasında şəkdən sonra əmin olsa ki, üçüncünü qılıb, sonra üç və dörd arasında şəkk etsə, üç və dörd arasında şəkk göstərişinə əməl etməlidir.