Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف
Sıralama:AlifbaMəsələnin nömrəsi
Nömrə 1776Həddi-buluğa çatmamış uşaqla ticarət

Həddi-buluğa çatmamış uşaqla ticarətin batilliyi

Məsələ 1776: Həddi-büluğa çatmamış uşaqla, qəyyumu ona icazə versə də belə, müamilə etmək batildir. Əgər müamilədə qarşı tərəf uşağın başçısı, uşaq isə yalnız pulu satıcıya və ya malı alıcıya çatdırmaq üçün vasitə olsa, bu halda eybi yoxdur. Amma, alıcı və yaxud satıcı uşağın pulu sahibinə çatdıracağına yəqin etməlidir.

Nömrə 1777Həddi-buluğa çatmamış uşaqla ticarət

Həddi-buluğa çatmamış uşaqdan alınan malın hökmü

Məsələ 1777: Əgər həddi-büluğa çatmayan uşaqdan bir şey alsa və ya satsa, müamiləsi batildir. Uşaqdan aldığı pulu onun özünə yox, sahibinə qaytarmalıdır. Əgər onun sahibini tanımırsa və yaxud onu tanımaq mümkün deyilsə, gərək onu şəriət hakiminin icazəsi ilə fəqirə versin. Əgər uşağın şəxsi malı olsa, onun qəyyumuna qaytarmalıdır. Həmçinin, uşağa verdiyi pul və malı ondan ala bilər. Əgər tələf olubsa, əvəzini ala bilməz.

Nömrə 1802Sələf ticarəti və onun şərtləri

Sələm ticarətinin mənası

Məsələ 1802: Müştərinin bir müddətdən sonra alacağı malın pulunu qabaqcadan ödəməsinə sələf müamiləsi (öncədən ödəmə) deyilir. (Müştərinin ) “bu pulu verirəm, məsələn, altı aydan sonra filan miqdarda olan malı səndən təhvil alaram” və satıcının “qəbul etdim” demələri kifayət edir. Hətta siğə oxumasalar da alıcı bu məqsədlə pulu versə və satıcı alsa, düzgündür.

Nömrə 1804Sələf ticarəti və onun şərtləri

Sələf ticarətinin şərtləri

Məsələ 1804: Sələf müamiləsinin altı şərti var:1-Gərək malın qiymətdə təsir qoyan xüsusiyyət və keyfiyyətləri müəyyən edilsin. Lakin, çox diqqət (etmək) lazım deyil. “Onun keyfiyyətləri mə’lum olub”, deyilməsi kifayət edir. Bu baxımdan da xüsusiyyətlərinin vəs olunması mümkün olmayan malların (bə’zi dəri, ət və xalçalar kimi) sələf müamiləsi batildir; 2-Alıcı və satıcı bir-birlərindən ayrılmazdan qabaq qiymətin hamısı ödənilməlidir. Əgər qiymətin müəyyən hissəsini ödəsə, müamilə həmin miqdarda düzgündür. Lakin, satıcı müamiləni poza bilər; 3-Müddəti tamamilə müəyyən etməlidir, məsələn, malı xırmanın ilk vaxtı təhvil verərəm, desə (və xırmanın ilk vaxtı müəyyən olmasa,) müamilə batildir; 4-Malı təhvil vermək üçün elə vaxt təyin etməlidirlər ki, adətən həmin vaxtda o mal olur; 5-Vacib ehtiyata əsasən, hansı şəhərdə, məntəqədə malın təhvil verilməsi məkanı tə’yin edilsin. Əgər onların sözlərindən məkan mə’lum olsa, istisnadır; 6-Gərək onun çəki və peymanəsini tə’yin etsinlər. Amma, adətən görməklə müamilə olunan mal olsa (müxtəlif növlü əksər xalçalar kimi), xüsusiyyətləri sadalamaqla sələfə satsa, işkalı yoxdur. Lakin, onların hər birinin fərqləri camaatın əhəmiyyət vermədiyi miqdarda az olmalıdır.

Nömrə 1806Sələf ticarətinin hökmləri

Sələf ticarətdə daha yaxşı mal vermək

Məsələ 1806: Əgər sələf müamiləsində satıcı daha yaxşı mal təhvil versə, (yə’ni müqavilə zamanı tə’yin edilmiş xüsusiyyətlərdən əlavə, başqa yaxşı keyfiyyətlərə də malik olan) müştəri qəbul etməlidir. Lakin o xüsusiyyətlərdən bəzilərinə malik olmasa, müştəri qəbul etməyə bilər.

Nömrə 1809Qızıl və gümüş ticarəti

Qızılı qızıla, gümüşü gümüşə satıb almaq

Məsələ 1809: Əgər qızılı qızıla və yaxud gümüşü gümüşə satsalar (sikkə olub, olmamasından asılı olmayaraq), onların birinin çəkisi artıq olduğu halda, müamilə haram və batildir. Baxmayaraq ki, bir qızıl düzəldilib, digəri isə düzəldilməyib və yaxud düzəldilmə formaları keyfiyyət baxımından fərqli və yaxud əyarları müxtəlif olub, məsələn, 18 əyarlı bir qram yarım qızılı, 14 əyarlı bir qram yarım qızıla versə, bütün bunlar haram və batildir. Lakin, çəkilərinin bərabər olub-olmamasından asılı olmayaraq, qızılın gümüşə satılmasının eybi yoxdur.

Nömrə 1810Qızıl və gümüş ticarəti

Satıcı ilə alıcının ayrılmadan malı təhvil almaq şərti

Məsələ 1810: Qızılın qızıla, gümüşün gümüşə müamiləsində satıcı və alıcı ayrılmazdan öncə malı və onun əvəzini bir-birlərinə təhvil versinlər. Əgər təhvil verməsələr müamilə batildir. Əgər yalnız bir miqdarını təhvil versələr, müamilə yalnız o miqdara əsasən düzgündür və qarşı tərəf müamiləni poza bilər.

Nömrə 1811Ticarəti pozmaq halları (xiyarat)

Fəsx xiyarının tərifi və alış-verişin pozulma halları

Məsələ 1811: Müamiləni pozmaq hüququna “Fəsx (müamiləni pozma) ixtiyarı” deyilir. Satıcı və alıcı 11 halda müamiləni poza bilərlər:1-“Məclis ixtiyarı”: Müamilə məclisindən dağılmazdan öncə; 2-“Ğəbn ixtiyarı”: İki tərəfdən biri məğbun (aldadıldığı halda) olduğu halda; 3-“Şərt ixtiyarı”: Müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin (müamiləni) poza bilmə hüququna malik olmasını şərt etmək; 4-“Tədlis ixtiyarı”: Satıcı, yaxud alıcı saxtakarlıq edib, öz malını (həqiqətdə) olduğundan daha yaxşı tanıtdırsın;5-“Şərtdən təxəllüf ixtiyarı”: Satıcı və yaxud alıcı tərəf müqabili üçün müəyyən bir iş görməyi, yaxud malın xüsusi tərzli olmasını şərt edib, sonra şərtə əməl etməməsi; Bu halda qarşı tərəf müamiləni poza bilər. 6-“Eyb ixtiyarı”: Əvvəlcədən xəbərsiz olduqları və malların birində və yaxud hər ikisində eyib olduğu halda;7-“Təbəuuzu səfqə və yaxud şirkət ixtiyarı”: Satılan malın müəyyən miqdarı başqasının olduğu mə’lum olsa və əgər onun sahibi müamiləyə razı olmasa alıcı müamiləni poza, yaxud satıcının malı olan miqdarda müamiləni qəbul edib qalanının pulunu geri ala bilər;8-“Rö’yət ixtiyarı”: Satıcı müştərinin görmədiyi müəyyən malın bəzi xüsusiyyətlərini bəyan etməklə satsa və sonra (malın) dediyi kimi olmadığı mə’lum olsa, bu halda müştəri müamiləni poza bilər; Bu hökm əvəz etmək haqqında da qüvvədədir.9-“Tə’xir ixtiyarı”: Müştəri nəqd aldığı malın pulunu üç günə kimi ödəməsə və satıcı da malı təhvil verməyibsə, satıcı müamiləni poza bilər; (Əgər müştəri müəyyən vaxta qədər (malın) pulunu verməsini yubadacağını şərt etsə, istisnadır). Əgər satılan mal bə’zi meyvə və göyərtilər kimi bir gün üstündən ötdükdə xarab olursa, bu halda gecəyə qədər onun pulunu ödəməsə, satıcı müamiləni poza bilər. 10-“Heyvan ixtiyarı”: Heyvan alan alıcı üç gün ərzində müamiləni poza bilər;11-“Təəzzürü təslim ixtiyarı”: Satıcı satdığı malı təhvil verə bilmədiyi halda, müştəri müamiləni poza bilər.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت